Pompeo Türkiyəni tənqid etdi - Səbəb "S-400"lərdir

  24 May 2018    Oxunub : 386
Pompeo Türkiyəni tənqid etdi - Səbəb "S-400"lərdir
ABŞ dövlət katibi Mayk Pompeo Rusiyadan "S-400" zenit-raket komplekslərini aldığına görə Türkiyəni tənqid edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Popmeo Türkiyəni NATO-nun səylərini pozmamağa çağırıb.

"Bizə lazımdır ki, onlar NATO-nun tərəfdaşı olsunlar. Biz istəyirik ki, onların davranışları NATO-nun məqsədlərini əks etdirsin. Ankara alyansın səylərini pozmağa yönəlmiş hərəkətlər etməməlidir" - deyə Pompeo vurğulayıb. Həmçinin bildirib ki, ABŞ Türkiyəyə Rusiyadan alacağı “S-400” zenit-raket kompleksinin alternativlərini təklif edir.

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo ötən ay Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə Ankaranın Rusiyadan "S-400" kompleksləri almasından məyus olduqlarını söyləmişdi. Vaşinqton hesab edir ki, "S-400"lər NATO-nun müdafiə sistemlərilə uzlaşmır. Həmçinin, bu addımına görə, Türkiyə sanksiyalarla hədələnir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   Türkiyə   NATO   S-400