Separatçılara pul verənlər həbs olundu

  24 May 2018    Oxunub : 467
Separatçılara pul verənlər həbs olundu
İspaniya polisi və korrupsiya ilə mübarizə üzrə xüsusi prokurorluğu Kataloniyanın müstəqilliyinə dair 2017- ci il 1 oktyabrda keçirilən referendumun qanunsuz maliyyələşdirilməsi və muxtar regionun müstəqillik tərəfdarlarının digər fəaliyyətləri ilə əlaqədar irimiqyaslı əməliyyata əbaşlayıb.
AzVision.az "Europa Press" agentliyinə istinadən xəbər verir ki, aparılan əməliyyat nəticəsində artıq 22 nəfər saxlanılıb. Onların arasında “Kataloniya naminə birlikdə” partiyasının deputatı Fransesk de Dalmasesk də var.

Həbs olunanların sayının artacağı bildirilir. Kataloniyanın Ali Məhkəməsi bildirib ki, İspaniya polisinin iqtisadi və maliyyə cinayətləri üzrə bölməsi və korrupsiya ilə mübarizə üzrə xüsusi prokurorluğu Barselona Şurasının binası, Kataloniya hökumətinin binası və digər orqanlarda əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Qeyd edək ki, Kataloniyanın müstəqilliyini ölkə konstitusiyasına zidd və qanunsuz adlandıran İspaniya mərkəzi hökuməti artıq 1 ildən çoxdur müstəqilliyin sponsorlaşdırılması məsələsi üzrə istintaq aparıb. Nəticədə aydın olub ki, müstəqilliyi dəstəkləyən assosiasiya və təşkilatların hesabına müxtəlif şirkətlər vasitəsilə büdcədən 2 milyon avro pul köçürülüb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Kataloniya   separatçılıq   İspaniya