Rusiya Ukrayna ilə iqtisadi əlaqələri kəsə bilər

Rusiya Ukrayna ilə iqtisadi əlaqələri kəsə bilər
  24 May 2018    Oxunub:940
Rusiya Ukrayna ilə iqtisadi əməkdaşlığı dayandıra bilər.
AzVision.az xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov çıxış edib.

O, təklifini Ukrayna prezidenti Pyotr Poroşenkonun Rusiyanın “Rossiya seqodnya” və “RİA Novosti” informasiya agentliklərinə qarşı sanksiya tətbiq etməsi ilə əlaqələndirib.

“Biz özümüz üçün nəticə çıxarmalı və Ukrayna ilə iqtisadi əməkdaşlıq sahəsində tədbirlər görməyə başlamalıyıq. Ukrayna ilə iqtisadi əməkdaşlığı tədricən azaltmalı, sonra isə tamamilə dayandırmalıyıq” – deyə Kalaşnikov bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının nəzarətində olan media qurumlarının "təcavüzkar" dövlət tərəfindən Ukraynaya qarşı həyata keçirilən hibrid informasiya müharibəsində istifadə olunduqlarını açıqlamışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti