ABŞ yeni nüvə başlıqları hazırlayır - Rusiyaya qarşı

ABŞ yeni nüvə başlıqları hazırlayır - Rusiyaya qarşı
  24 May 2018    Oxunub:1142
ABŞ Konqressinin nümayəndələr palatası 2019-cu il hərbi büdcəsinə təklif olunan dəyişikliyi dəstəkləməyib.
AzVision.az “Defense News”a istinadən xəbər verir ki, 2019-cu ilin hərbi büdcəsinə müvafiq dəyişikliyi Konqressin nümayəndələr palatasının 435 üzvündən 188-i dəstəkləyib, 226-sı isə əleyhinə səs verib.

Müzakirələr zamanı Respublikaçılar partiyasının təmsilçiləri bildiriblər ki, Trident II ballistik raketləri üçün təyin olunan W76-2 aşağı güclü yeni nüvə başlıqlarının hazırlanmasına dair dövlət proqramı Rusiyanın qarşısının alınması üzrə əsas vasitələrdən biri olacaq.

Xatırladaq ki, büdcəyə dəyişiklik, yeni nüvə başlıqlarının yaradılması ilə bağlı layihəyə ayrılan maliyyənin ikiqat məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Qeyd edək ki, bundan öncə ABŞ təhlükəsizlik orqanları və Pentaqonun keçmiş əməkdaşları Konqressə məktub göndərərək, yeni nüvə başlıqlarının yaradılmasına dair proqramın maliyyələşdirilməsini dayandırmağa çağırıblar. Məktubda Amerikanın keçmiş hərbçiləri bu tələblərini onunla izah ediblər ki, taktiki nüvə silahı proqramının inkişaf etdirilməsi yeni nüvə faciəsinə qapıları açacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Rusiya   nüvəsilahı  





Xəbər lenti