Milyarderlərin sayı rekord həddə çatıb

  24 May 2018    Oxunub : 1982
Milyarderlərin sayı rekord həddə çatıb
Milyarderlərin sayı 2017-ci ildə rekord həddə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə “Wealth-X”ın hazırladığı hesabatda bildirilib. Qeyd olunub ki, milyarderlərin sayında ən son rekord 2015-ci ildə müəyyən olunub – 2473 nəfər. Lakin ötən il bu statusa 2754 nəfər sahib olub.
Hesabata əsasən, dünyada ən çox milyarder ABŞ-dadır – 680 nəfər. Sıralamada növbəti yerləri müvafiq olaraq 338 milyarderlə Çin, 152 milyarderlə Almaniya , 104 milyarderlə Hindistan, 99 milyarderlə İsveçrə və digər dövlətlər tutur.

Hesabatda, həmçinin vurğulanıb ki, bununla tarixdə ilk dəfə Asiya milyarderlərin ümumi sayına görə Şimali Amerikanı üstələyib.



Qeyd edək ki, “Forbes”in martda dərc etdiyi reytinq siyahısına əsasən, dünyanın ən varlı adamı 112 milyard dollarlıq sərvətlə "Amazon" şirkətinin rəhbəri Ceff Bezosdur. "Microsoft" şirkətinin rəhbəri Bill Qeyts 90 milyard dollar sərvətlə ikinci yerdə, 84 milyard dollar sərvətə malik olan “Berkshire Hathaway”in təsisçisi Uorren Baffet isə siyahıda üçüncü yerdədir.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Milyarder