Məhkəmə Flora Kərimovanın şikayətini təmin etmədi

Məhkəmə Flora Kərimovanın şikayətini təmin etmədi
  10 Oktyabr 2013    Oxunub:1173
Xalq artisti Flora Kərimovanın kassasiya şikayəti təmin olunmayıb.
Bu barədə AzVision.az-a F.Kərimovanın vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, hakim heç bir səbəb göstərmədən şikayəti təmin etməyib: “Flora xanımın özü məhkəmədə iştirak etməyib. Onun vəkili kimi məhkəmədə mən iştirak edirdim. Flora xanım əvvəlcədən bu qərarın veriləcəyini gözləyirdi”.

Qeyd edək ki, bu gün saat 4-də Ali Məhkəmədə xalq artisti Flora Kərimovanın əmək pensiyasının yenidən hesablanması tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsini məhkəməyə verməsi ilə bağlı şikayətə baxılıb.

Hazırda təxminən 140 manat təqaüd alan F.Kərimova ona deputat təqaüdü (təxminən 1500-2000 manat) kəsilməsini istəyib. 2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti