Təhsil Nazirliyi “Şahmat” dərsliyini çap edib

Təhsil Nazirliyi “Şahmat” dərsliyini çap edib
  10 Oktyabr 2013    Oxunub:1474
Respublikanın pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31134 nüsxə “Şahmat” dərsliyi hazırlanıb çap edilib.
2013-2014-cü tədris ilinə ümumi təhsil məktəblərinin II, IV, VIII, IX və X sinifləri üçün 73 adda 2042800 nüsxə, V, VI siniflər üçün isə kurikulum əsasında 68 adda 1 milyon 971 min 600 nüsxə dərslik və müəllim üçün metodik vəsaitlər hazırlanaraq çap olunub. AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumatda həmçinin o da qeyd olunur ki, respublikanın pilot ümumi təhsil məktəblərinin II, III və IV sinifləri üçün 31134 nüsxə “Şahmat” dərsliyi hazırlanıb çap edilib.

Çap edilmiş həmin dərslik və müəllim üçün metodik vəsaitlər respublikanın ümumi təhsil müəssisələrinə çatdırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti