ABŞ Şimali Koreyaya sanksiyalar tətbiq edəcək

ABŞ Şimali Koreyaya sanksiyalar tətbiq edəcək
  25 May 2018    Oxunub:1044
Gələn həftənin əvvəlindən başlayaraq ABŞ Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Pxenyana qarşı sanksiyalar ötən gün ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib və irimiqyaslı məhdudiyyətləri nəzərdə tutan onlarla yeni sanksiyanın işə salınması təklif olunub. O cümlədən, Şimali Koreyaya qarşı hərbi müdaxilə məsələsi də qaldırılıb.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyun Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirib. Rəsmi Pxenyan isə cavabında, Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Sanksiya   Şimali-Koreya  





Xəbər lenti