Trampın Kimlə görüşdən imtinasının səbəbi

Trampın Kimlə görüşdən imtinasının səbəbi
  25 May 2018    Oxunub:1407
ABŞ prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla görüşdən imtina etməsinin səbəbi məlum olub. Belə ki, ABŞ lideri Kim Çen Inın ondan əvvəl sammitdə iştirakdan imtina edəcəyindən qorxub.
AzVision.az xəbər verir ki, bu barədə NBC telekanalı məsələ ilə yaxından əlaqəsi olan dövlət adamlarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, Trampı Kim Çen Inla görüşmək fikrindən onun milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton daşındırıb. Çünki Bolton Şimali Koreya ətrafında yaranan problemin güc yolu ilə həllinin tərəfdarıdır.

Həmçinin bildirilib ki, ABŞ-la Şimali Koreya arasındakı sammit üçün kifayət qədər əmək sərf edən, Kim Çen Inla görüşüb məsələni həll edən ABŞ dövlət katibi Mayk Pompeo sammitin ləğv olunmasına olduqca təəccüblənib və bunun doğuracağı nəticələrə görə məsuliyyəti Con Boltonun üzərinə qoyub.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyun Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirib. Səbəbini isə, Şiamli Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçilik"lə əsaslandırıb. Rəsmi Pxenyan isə cavabında, Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp   Kim-Çen-In  





Xəbər lenti