ABŞ Türkiyəyə silah satışını dayandıra bilər

ABŞ Türkiyəyə silah satışını dayandıra bilər
  25 May 2018    Oxunub:1171
ABŞ Konqresinin nümayəndələr palatası 2019-cu maliyyə ili üçün Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) büdcə qanun layihəsini təsdiq edib.
AzVision.az xəbər verir ki, qanun layihəsinə əsasən, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.

Eyni zamanda, qanun layihəsi qüvvəyə mindikdən sonra, 60 gün ərzində ABŞ müdafiə naziri dövlət katibi ilə birlikdə Türkiyə-ABŞ münasibətlərinin statusuna dair Konqresin müvafiq komitələrinə hesabat göndərməlidir. Və həmin hesabatda Türkiyə hökuməti tərəfindən Rusiyadan "S-400" sistemlərinin mümkün alışı və bunun Vaşinqtonla Ankaranın ikitərəfli münasibətlərinə, həmçinin, "CH-47 Chinook" ağır nəqliyyat helikopterləri, beşinci nəsil "F-35" qırıcıları, "F-16" qırıcı təyyarələri və "Patriot" zeni-raket komplekslərindən birgə istifadəyə necə təsir edəcəyi mütləq qiymətləndirilməlidir.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" komplekslərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Pentaqon   Türkiyə  





Xəbər lenti