Ermənistan XİN: “Münaqişənin tezliklə həllinə ümid edirik”

Ermənistan XİN: “Münaqişənin tezliklə həllinə ümid edirik”
  25 May 2018    Oxunub:1886
"Hazırkı vaxtda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əsas məqsəd ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin bərpası olmalıdır"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnaçakanyan jurnalistlərə açıqlamasında deyib.
Mnaçakanyan, ABŞ prezidenti Donald Trampın baş nazir Nikol Paşinyana göndərdiyi son məktubunda ikitərəfli münasibətlərin inkişafı üçün Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin zəruri oduğuna dair fikrini də şərh edib:

“Hamımız münaqişənin tezliklə həllinə ümid edirik, amma bu həll bizim maraqlarımız və məqsədlərimizi əks etdirməlidir. Təbii ki, söhbət kompromisdən gedir. Amma onun əsasında ilk növbədə Qarabağ əhalisinin iradə azadlığı və təhlükəsizliyi, maraq və məqsədləri dayanmalıdır”.

Ermənistanın xarici işlər naziri əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini artıq Rusiya xarici işlər Sergey Lavrovla telefon söhbətində müzakirə edib. Yaxın vaxtlarda isə Fransa xarici işlər naziri və ABŞ nümayəndələrinin Ermənistana səfərində bu məsələ müzakirə olunacaq.

Mnaçakanyan, həmçinin bildirib ki, yaxın gələcəkdə Ermənistan və Azərbaycanın dövlət başçıları, yaxud xarici işlər nazirlərinin görüşü gözlənilmir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: DağlıqQarabağ   Azərbayan   Ermənistan   Minskqrupu  





Xəbər lenti