Ermənilərlə yəhudilər arasında "soyqırım" qalmaqalı

Ermənilərlə yəhudilər arasında "soyqırım" qalmaqalı
  25 May 2018    Oxunub:3227
İsrailin Petah Tikva şəhərində fəaliyyət göstərən “Nairi” erməni birliyi ilə “Noyan Tapan” (Nuh Gəmisi) erməni mədəni və təhsil mərkəzi İsrailin siyasi xadimlərinə çağırış edərək, “erməni soyqırımı” məsələsindən öz siyasi oyunlarında istifadə edilməsinə son qoymağı tələb ediblər.
AzVision.az xəbər verir ki, “İsrayelahayer” (İsrail erməniləri) qəzetinin baş redaktoru, Qüdsdəki “Nairi” erməni birliyi vəqfinin sədri Artyom Çernamoryan bu tələbi əks etdirən yazılı bəyanatı öz “Facebook” səhifəsində paylaşıb.

Yazıda vurğulanır ki, ““erməni soyqırımı” qurbanlarının məzarlarını artıq rahat buraxın və “soyqırım”ın tanınma məsələsini türklərə qarşı sanksiya kimi istifadə etməyin. İndiyədək İsrail hökuməti və Knessetin “erməni soyqırımı”nı tanıması üçün çoxlu fürsətləri olub, amma 70 il ərzində Türkiyə ilə vaxtaşırı gərginləşən münasibətlər kontekstində bu məsələ heç bir əxlaqi və ya siyasi haqqları olmadan utanmazcasına türklərə qarşı bir qamçı, sanksiya aləti kimi, onlara qarşı daha böyük təzyiq və daha əlverişli güzəştlərə məcburetmə vasitəsi kimi istifadə edilib”.

İsrail erməniləri, hətta tələb ediblər ki, İsrail deputatları və hökumət üzvləri və ümumiyyətlə, 6 milyon qurban vermiş yəhudi xalqı bundan sonra “erməni soyqırımı”nı boş yerə gündəmə və dillərinə gətirməsinlər, pis siyasi oyunlarında alətə çevirməsinlər. “Çünki sizin bu cür qiymətləndirmənizə ehtiyacımız yoxdur” – deyə İsraildə yaşan ermənilər bəyanatda bildiriblər.

Ermənilər fürsətdən istifadə edərək bu məsələdə də Azərbaycanın adını hallandırıblar. İsrail erməniləri bildiriblər ki, Bakı və Ankara ilə isti münasibətlərdə olan Təl-Əviv və Knesset bu dəfə də “erməni soyqırımı”nın tanınması üçün qərar qəbul etməyəcək. Lakin ermənilər riyakarlıqlarını gizlədə bilməyiblər. Rəsmi Təl-Əvivi, İsrailin yüksək səviyyəli dövlət məmurları, deputat və siyasətçilərini təhqir etdikdən, “sizin kimlərin “erməni sıyqırımı”nı tanımasına ehtiyacımız yoxdur” söylədikdən və az qala “yəhudilərin soyqırımı uydurmadır” dedikdən sonra, İsraildə yaşayan ermənilər yazıda rəsmi Təl-Əvivin nə vaxtsa “erməni soyqırımı”nı tanıyacağına ümid etdiklərini vurğulayıblar.

Xatırladaq ki, ötən gün "Merets" partiyasının lideri Tamar Zandberqin təklifi ilə İsrail parlamenti qondarma erməni soyqırımının tanınması məsələsini müzakirəyə çıxarmağı qərara alıb. İsrail deputatları İçik Şmuli və Əmir Ohana isə qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini Knessetə təqdim etməyə hazırlaşır. ABŞ səfirliyinin Qüdsə köçürülməsilə əlaqədar Qəzzada baş verənlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbli sözləri müqabilində İsrailin bəzi nazirləri də "erməni soyqırımı"nın tanınmasına çağırış ediblər. Bütün hallarda Knessset qanun layihəsini qəbul etsə belə, son qərarı İsrailin baş naziri Benjamin Netanyahu verəcək.

Lakin qeyd edək ki, hələ bu ilin əvvəlində İsrail parlamentariləri elə ilkin səsvermədə "erməni soyqırımı"nın tanınması ilə bağlı qanun layihəsini qəbul etməkdən imtina ediblər. Bir neçə gün əvvlə isə İsrail xarici işlər nazirinin müavini Tsipi Xotoveli bəyan edib ki, İsrail “erməni soyqırımı”nın tanınması ilə bağlı rəsmi mövqe nümayiş etdirməyəcək.

İsraildə yaşayan erməniləri də hiddətləndirən elə olmayan rəsmi mövqedir. Çünki heç bir tarixi-hüquqi əsas söykənməyən erməni soyqırımının uydurma, ermənilərin türklərə qarşı ərazi iddiası və təzyiq vasitəsi olduğunu yaxşı bilən Təl-Əviv ondan elə ermənilərin özü kimi istifadə edir – siyasi təzyiq aləti kimi. Çünki tarixin ən böyük soqırımı – Holokostu yaşayan yəhudilər əsl soyqırımın nə olduğunu bilirlər və başqa xalqın “soyqırımı”ndan təzyiq kimi istifadə etməzlər.

İsrail ermənilərinin yazılı bəyanatındansa görünür ki, hökuməti uydurma soyqırımı tanımağa məcbur etmək üçün bütün kartlardan istifadə etməyə, İsraillə Azərbaycanın, Türkiyənin arasını vurmağa, hətta Holokostun uydurma olduğunu deyərək yəhudiləri təhqir etməyə belə hazırdırlar. Ən təhlükəlisi isə odur ki, İsrail erməniləri yaşadıqları dövlətə və onun rəmi mövqeyinə qarşı çıxaraq, saxta soyqırımdan artıq İsrailin özünə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlayıblar. Bu isə, beynəlxalq siyasətdə olduqca mənfi tendensiyaya yol aça bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti