Putin sanksiyaların ziyanından danışdı

Putin sanksiyaların ziyanından danışdı
  25 May 2018    Oxunub:1317
Beynəlxalq siyasi, iqtisadi, ticari münasibətlər sistemi bu gün dayanıqlılıq üzrə ciddi sınaqlardan keçir.
AzVision.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Peterburq beynəlxalq iqtisadi forumundakı çıxışında deyib.

Rusiya prezidenti bildirib ki, hazırda biznesin aparılması və investisiya payları üçün şərait, həmçinin gündəlik həyatın özü dinamik şəkildə dəyişir. "Bu gün beynəlxalq iqtisadi münasibətləri təhdid edən, ölkələrarası dialoqa əngəl olan isə sanksiyalardır".

Onun sözlərinə görə, sanksiyalar və məhdudiyyətlər spiralı dövrə vuraraq, getdikcə daha çox ölkə və şirkətlərə, o cümlədən özlərinə qarşı heç vaxt ticari məhdudiyyətlər rejiminin tətbiq edilməyəcəyindən, bu cür problemlərin onlardan yan keçəcəyindən əmin olanlara da dəyir.

Putin vurğulayıb ki, özbaşınalıq və nəzarətsizlik məhdudiyyətlər alətindən istifadənin “cəlbedici” olmasını qaçılmaz edir: “Təkrar-təkrar, daha da geniş, sağa və sola, istənilən hadisə üzrə, siyasi loyallığına, həmrəylik barədə danışıqlara, əvvəlki razılaşmalara və çoxillik kooperativ əlaqələrə baxmayaraq, sanksiyalar tətbiq edilir.”

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin bildirmişdi ki, Moskva birtərəfli sanksiyaların heç birini tanımır və qəbul etmir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   sanksiyia   Putin  





Xəbər lenti