İsrail İrana qarşı müharibəyə başlaya bilər

İsrail İrana qarşı müharibəyə başlaya bilər
  25 May 2018    Oxunub:2564
İsraillə İran arasındakı gərginlik açıq silahlı müharibəyə keçə bilər.
AzVision.az xəbər verir ki, bu fikri İsrailin ekologiya və Qüds məsələsi üzrə naziri Zeev Elkin Peterburq beynəlxaq iqtisadi forumunda səsləndirib.

“Müharibə riski həmişə var. Çünki İran açıq şəkildə bəyan edir ki, onun məqsədi İsrail dövlətini məhv etməkdir. Ona görə, əlbəttə, belə bir risk mövcuddur.”- deyə Elkin vurğulayıb.

Nazir, həmçinin qeyd edib ki, iqtisadi çətinliklərinə baxmayaraq, İran Suriyadakı hərbi layihələrinə və Livandakı “Hizbullah”ın silahlanmasına böyük vəsaitlər xərcləyir.

“Bu gün “Hizbullah” dünyadakı ən raketləşmiş orduladan biridir. Və o, dövlət yox, terror təşkilatıdır. Bütün bunlar İranın pulları hesabına edilir. Belə vəziyyətdə biz bilmirik İran nə qədər uzağa getməyə hazırdır, amma biz Suriya ərazisində - sərhədlərimizin düz yanında İran raketlərinin vətəndaşlarımızın təhlükəsizliyini təhdid etməsilə barışa bilmərik. Ona görə də, bunun qarşısını almaq üçün hər şeyi edəcəyik” – deyə İsrailli nazir İrana xəbərdarlıq edib.

Zeev Elkin onu da vurğulayıb ki, İranın raket proqramı Avropa ölkələri ilə yanaşı, Rusiya üçün də təhdiddir. Çünki bu gün İran praktiki olaraq, Avropanın istənilən nöqtəsinə, o cümlədən Rusiyanın bir çox yerlərinə, Moskvaya çata biləcək raketlər hazırlayır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İsrail   Rusiya   Hizbullah   terror  





Xəbər lenti