ABŞ Şimali Koreya ilə danışıqları yenidən bərpa edir

ABŞ Şimali Koreya ilə danışıqları yenidən bərpa edir
  25 May 2018    Oxunub:1184
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla təxirə salınmış görüşün hələ də baş tutma şansının olduğunu bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Tramp jurnalistlərə açıqlamasında deyib.

“Görək nə baş verəcək. Görüş hətta iyunun 12-də də baş tuta bilər. İndi biz onlarla danışırıq. Onlar görüşün keçirilməsini çox istəyirlər. Biz də bunu istərdik” – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyunda Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirib. Səbəbini isə, Şimali Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçilik"lə əsaslandırıb. Rəsmi Pxenyan isə cavabında Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib. Ağ Ev Şimali Koreyanın bu bəyanatını müsbət qiymətləndirərək, onu sülh üçün faydalı adlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp   Şimali-Koreya  





Xəbər lenti