"Real", yoxsa "Liverpul"? - Bu gün finaldır

"Real", yoxsa "Liverpul"? - Bu gün finaldır
  26 May 2018    Oxunub:2329
Bu gün Çempionlar Liqasında 2017-2018 mövsümünün final oyunu keçiriləcək.

AzVision.az-ın məlumatına görə, Kiyevin "Olimpiya" stadionunda baş tutacaq həlledici oyunda “Real” və “Liverpul” komandaları üz-üzə gələcək.
Madrid klubu 13-cü dəfə turnirin qalibi olmağa, mersisaydlılar isə 13 illik həsrətə son qoymağa çalışacaq.

“Liverpul” klubunun heyətində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədəli olduğundan meydana çıxa bilməyəcək. "Real Madrid"də isə zədəli oyunçu yoxdur.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

AzVision.az


Teqlər: UCL  





Xəbər lenti