Kolumbiya NATO-nun qlobal tərəfdaşı olacaq

Kolumbiya NATO-nun qlobal tərəfdaşı olacaq
  26 May 2018    Oxunub:1188
Kolumbiya prezidenti Xuan Manuel Santos öz "Tvitter" hesabında Şimali Atlantika alyansı ilə (NATO) tərəfdaşlıq haqqında sazişin imzalanmasına nail olduqlarını bəyan edib.
AzVision.az xəbər verir ki, Santosun fikrincə, Kolumbiya bu imtiyaza sahib olacaq yeganə Latın Amerikası ölkəsidir.

“Və daha bir böyük xəbər. Gələn həftə biz Kolumbiyanın qlobal tərəfdaş qismində NATO-ya daxil olmasını rəsmiləşdirəcəyik”, - deyə Manuel Santos yazıb.

Qeyd edək ki, Rusiyanın rəsmi mövqeyinə əsasən, NATO-nun Latin Amerikası ölkələri ilə əməkdaşlıq ideyası Cənubi Amerika qitəsinin hərbiləşdirilməsinə gətirib çıxaracaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kolumbiya   NATO   Rusiya  





Xəbər lenti