Ukraynanın tezliklə Aİ-yə qoşulması gözlənilmir

Ukraynanın tezliklə Aİ-yə qoşulması gözlənilmir
  26 May 2018    Oxunub:1142
Ukraynanın Avropa İttifaqına daxil olmaq perspektivlərinə yox, yaxın gələcəkdə yerinə yetirməli olduğu məsələlərə diqqət yönəltməsi lazımdır.
AzVision.az xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib.

Jurnalistlərin “Ukraynanın Avropa İttifaqına daxil olmaq perspektivləri varmı?” sualına cavabında Han bildirib ki, gələcəyə daha praqmatik baxmaq lazımdır. Eyni zamanda, Ukrayna iqtisadiyyatının Avropa və dünya bazarında rəqabətqabiliyyətli səviyyəyə çatması vacibdir.

Avropa komissarının sözlərinə görə, bu addım Ukrayna vətəndaşlarının həyat şəraitinin yaxşılaşması üçün güclü təkan olacaq. Lakin Avropa İttifaqına qoşulmaq perspektivlərinə baxılması üçün Kiyevlə Brüsselin ikitərəfli əlaqələri möhkəmləndirməsi də vacibdir.

Xatırladaq ki, bu ilin yanvarında keçirilən Davos ümumdünya iqtisadi forumunda Ukrayna prezidenti Pyotr Poroşenko əminliklə bəyan etmişdi ki, 3 ildən sonra ölkəsi Avropa İttifaqına daxil olmaq şansı əldə edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ukrayna   Avropaİttifaqı  





Xəbər lenti