Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib

Sarkisyan Marqvelaşvilini İrəvana dəvət edib
  26 May 2018    Oxunub:1453
Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstanda səfərdədir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər zamanı A.Sarkisyan gürcüstanlı həmkarı Georgi Marqvelaşvili ilə görüşüb. Görüş zamanı iki ölkə arasındakı münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə Ermənistan prezidenti Marqvelaşvilini İrəvana rəsmi səfərə dəvət edib.

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə bağlı Tbilisidə keçiriləcək tədbirlərdə iştirak edəcək.

AzVision.az


Teqlər: Ermənistan   Gürcüstan  





Xəbər lenti