Elmar Məmmədyarov Pakistan nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov Pakistan nümayəndə heyətini qəbul edib
  11 Oktyabr 2013    Oxunub:931
Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan Senatının üzvü, Senatın müdafiə və müdafiə sənayesi komitəsinin sədri Müşahid Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzVsison.az xarici işlər nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə Pakistan nümayəndə heyəti başçısı ölkəmizdə keçirilən prezident seçkiləri ilə bağlı heç bir problemlə qarşılaşmadıqlarını, yaradılmış şərait və bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırıb.

Görüşdə zamanı Azərbaycan ilə Pakistan arasında münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu.

Həmçinin nazir Elmar Məmmədyarov qarşı tərəfə Azərbaycanın BMT TŞ-də sədrliyi dövründə fəaliyyəti haqqında məlumat verdi.


Teqlər:





Xəbər lenti