19 nəfər yol qəzasında öldü, 3-ü uşaqdır

19 nəfər yol qəzasında öldü, 3-ü uşaqdır
  26 May 2018    Oxunub:1167
Şərqi Afrikada yerləşən Uqandanın Kiryandonqo rayonunda sərnişin avtobusunun traktor və pivə daşıyan tankerlə toqquşması nəticəsində 19 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bildirilib ki, ağır yol qəzasında ölənlərdən 3-ü azyaşlı uşaqdır. Xəsarət alanların sayı dəqiq bilinmir. Yerli polisin məlumatına əsasən, hazırda hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları iş aparır.

Qeyd edək ki, Uqanda dünyada ən çox ölümlə nəticələnən ağır yol qəzalarının baş verdiyi ölkələrdəndir. Uqandada hər il 20 min yol qəzasında 2 mindən çox insan ölür.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: qəza   Uqanda  





Xəbər lenti