Afrində 620 suriyalı polis işə başlayıb

Afrində 620 suriyalı polis işə başlayıb
  26 May 2018    Oxunub:1631
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində YPG/PKK və İŞİD-dən təmizlənən Afrində 620 suriyalı polis işə başlayıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Polis Akademiyası rəhbərliyinin dəstəyilə təhsil alan suriyalı polislər Afrin şəhərinin mərkəzində keçirilən andiçmə mərasimindən sonra vəzifələrinin icraına başlayıblar.

Asayiş, terrorla mübarizə və nəqliyyat sahələrində təhsil alan polislər, Afrinin mərkəzində yerləşən və Təhlükəzilik İdarəsi adlanan binada işləyərək vəzifələrini icra edəcəklər.

Polislər Suriyanın şimal-qərbində yerləşən, terrorçularından təmizlənən Afrində təhlükəsizliyi təmin edəcəklər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Türkiyə   Afrin   YPG   PKK  





Xəbər lenti