Koreya liderləri yenidən görüşdü

Koreya liderləri yenidən görüşdü
  26 May 2018    Oxunub:1211
Cənubi Koreya prezidenti Mun Ce-inla Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In arasında yenidən görüş keçirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş bu gün yerli vaxtla saat 15:00-dan 17:00-dək Panmuncom qəsəbəsində baş tutub.

Koreya liderləri aprel ayında keçirilmiş görüşdə əldə olunan razılaşmaların həyata keçirilməsinə dair məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər: KXDR   Koreya  





Xəbər lenti