Rusiya Türkiyəyə 1 milyard təzminat ödəyəcək

Rusiya Türkiyəyə 1 milyard təzminat ödəyəcək
  26 May 2018    Oxunub:2189
Rusiya Türkiyəyə bir milyard ABŞ dolları məbləğində təzminat ödəyəcək.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurumda seçiciləri ilə görüşdə deyib.
"Rusiyadan "Mavi axın" və "Qərb" xəttindən aldığımız təbii qaz qiymətlərinə üç il əvvəl endirim tələb etmişdik. Tələbimiz yerinə yetirilməyəndə Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etdik. Uzun müzakirələr nəticəsində 2015-2016-cı illərdə təbii qazda 10,25% endirim olması ilə bağlı razılığa gəldik. Rusiya bu səbəbdən ölkəmizə 1 milyard dollar təzminat ödəyəcək”, - deyə Ərdoğan bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Rusiya  





Xəbər lenti