Tramp fikrindən döndü: "Görüş vaxtı dəyişməz qalır"

Tramp fikrindən döndü: "Görüş vaxtı dəyişməz qalır"
  27 May 2018    Oxunub:1467
ABŞ prezidenti Donald Tramp iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini açıqlayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bundan öncə görüşün təxirə salındığını desə də, sonradan fikrindən dönüb.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında görüş yerinin dəyişməz qaldığını bildirib: "Yaxşı irəliləyiş var. Biz iyunun 12-də Sinqapuru nəzərdə tuturuq, bu, dəyişməyib”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina göndərdiyi məktubda 12 iyunda Sinqapurda keçirilməli olan ikitərəfli sammitdə iştirakdan imtina etdiyini bildirib. Səbəbini isə, Şimali Koreya liderinin son bəyanatında nümayiş etdirdiyi "böyük qəzəb və açıq düşmənçilik"lə əsaslandırıb.

Rəsmi Pxenyan isə cavabında Trampın bu qərarının beynəlxalq birliyin istəklərinə zidd olduğunu, istənilən vaxt və istənilən formatda Vaşinqtonla sammit keçirməyə hazır olduqlarını bəyan edib. Ağ Ev Şimali Koreyanın bu bəyanatını müsbət qiymətləndirərək, onu sülh üçün faydalı adlandırıb.

AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti