Paşinyan 18 yaşlı oğlunu Qarabağa göndərir

Paşinyan 18 yaşlı oğlunu Qarabağa göndərir
  27 May 2018    Oxunub:2577
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu – Aşot Paşinyan yay çağırışı zamanı hərbi xidmətə yollanacaq.

Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Belə ki, Paşinyan "Facebook" səhifəsində canlı yayımda bildirib ki, martda oğlunun 18 yaşı tamam olub, qanuna uyğun olaraq o, hərbi xidmətə yollanacaq.
Məlumata görə, Aşot Paşinyan işğal olunmuş Dağlıq Qarabağda hərbi xidmətdə olmaq üçün ərizə yazıb. Bununla yanaşı, Paşinyan hərbi xidmətdə olmayan həmvətənlilərini 20 gün ərzində Ermənistana qayıdaraq əsgərliyə yollanmağa da çağırıb.



AzVision.az


Teqlər: Paşinyan   Qarabağ  





Xəbər lenti