Ərdoğan yenidən İlham Əliyevi təbrik etdi
Təbrikdə deyilir: "Hörmətli Prezident, əziz dostum! 2013-cü il oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərində bu ali vəzifəyə yenidən seçilməyiniz münasibətilə millətim, hökumətim və şəxsən öz adımdan ən səmimi təbriklərimi bildirirəm.
Bu münasibətlə dost və qardaş Azərbaycan xalqının iradəsini əks etdirən seçkilərin əmin-amanlıq və etimad şəraitində keçirilməsindən məmnunluq duyduğumu ifadə etmək istəyirəm.
Bu gün qardaş Azərbaycanın böyük uğurlar qazanaraq bölgəsində bir sabitlik abidəsi kimi yüksəlməsində bütün dünyanın təqdir etdiyi müstəsna öndərliyinizin payı şübhəsiz ki, böyükdür".
Baş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlərin istər ikitərəfli, istərsə də çoxtərəfli platformalarda inkişafında aparıcı rolunuzun davam edəcəyindən və bu əsasda atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizin qardaş xalqlarımızın xeyrinə olacaq şəkildə daha da yüksək səviyyələrə çatdırılacağına tam əmindir: "Bu fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycanın rifahı və əmin-amanlığı üçün ən səmimi diləklərimi çatdırıram".
Teqlər: