Tramp “Tvitter”də Şimali Koreyanı təriflədi

Tramp “Tvitter”də Şimali Koreyanı təriflədi
  28 May 2018    Oxunub:1036
ABŞ prezidenti Donald Tramp bəyan edib edib ki, Şimali Koreyanın parlaq və olduqca böyük potensialı var.
AzVision.az xəbər verir ki, bu barədə Tramp öz "Tvitter" hesabında yazıb.

“Mən tam səmimiyyətlə inanıram ki, gözəl günlərdən birində Şimali Koreya böyük iqtisadi və maliyyə ölkəsi olacaq. Kim Çen In da bu məsələdə mənimlə razıdır. Bu baş verəcək!” – deyə Tramp qeyd edib.

Həmçinin, Donald Tramp Kim Çen Inla görüşünün gerçəkləşəcəyi sammitə hazırlıq üçün ABŞ nümayəndə heyətinin Şimali Koreyaya getdiyini təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert demilitarizasiya zonasındakı Panmuncom məntəqəsində amerikalı nümayəndələrin Şimali Koreya təmsilçiləri ilə görüş keçirdiyini bildirmişdi. Amerika nümayəndə heyətinə ABŞ-ın Cənubi Koreyadakı keçmiş səfiri və Şimali Koreya üzrə sabiq nümayəndəsi Son Kim rəhbərlik edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Koreya   Tramp  





Xəbər lenti