Polşa ABŞ-ın hərbi bazası üçün 2 milyard ödəyəcək

Polşa ABŞ-ın hərbi bazası üçün 2 milyard ödəyəcək
  28 May 2018    Oxunub:1439
ABŞ hərbi bazalarının Polşada yerləşdirilməsi üçün rəsmi Varvaşa 2 milyard dollar ödəməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” nəşri Polşa Müdafə Nazirliyinin sənədlərinə istinadən məlumat yayıb.

“Bu təklif, ABŞ-ın Polşada daimi hərbi diviziya yerləşdirməsinin təcili olmasının vacibliyini göstərir. Odur ki, birgə hərbi obyektlərin yaradılması yolu ilə və ABŞ silahlı qüvvələrinin daha çevik yerdəyişməsinin təmin edilməsi üçün Polşa 1,5 milyard dollardan 2 milyard dollaradək əhəmiyyətli dəstək göstərmək öhdəliyi götürür” – deyə həmin sənədlərdə bildirilib.

“Politico”nun məlumatına görə, Polşa hökuməti ABŞ hərbi obyektləri və hərbçilərinin yerləşmə və yaşama məntəqələrini artıq müəyyənləşdirib.

Qeyd olunub ki, rəsmi Varşava məsələ ilə bağlı təklifi ABŞ administrasiyası və Konqressinə göndərib.

Xatırladaq ki, bundan əvvəl Pentaqon, ABŞ-ın Polşada hərbi iştirakının genişləndirilməsi üzrə danışıqlara hazır olduğunu bəyan etmişdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Polşa   Pentaqon  





Xəbər lenti