Koreyalı generallar hərbi danışıqlara başlayır

Koreyalı generallar hərbi danışıqlara başlayır
  28 May 2018    Oxunub:2057
Cənubi Koreya Şimali Koreya ilə generallar səviyyəsində istənilən vaxt hərbi məsələlər üzrə danışıqlar aparmağa hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmisi Çoy Hyon Su jurnalistlərə açıqlamasında deyib.

“Əgər yüksək səviyyədə danışıqlara başlamaq qərarı verilsə, onda hərbi məsələlər barəsində danışıqlara hazırlıq gözlənilir”, - deyə Hyon Su vurğulayıb.

"Yonhap" agentliyinin məlumatına əsasən, Cənubla Şimali Koreya hökumətləri arasında yüksək səviyyəli danışıqların 1 iyunda keçirilməsi planlaşdırılır. Hərbi danışıqlar çərçivəsində isə xüsusən, hər iki Koreya respublikası silahlı qüvvələrinin baş qərargahları arasında "qaynar xətt"in bərpası müzakirə olunacaq.

Qeyd edək ki, 27 apreldə Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Ki Çen In arasındakı tarixi görüşdə hər iki ölkə arasında hərbi danışıqlar aparılmasına dair prinsipial razılıq ələ olunub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ŞimaliKoreya   CənubiKoreya  





Xəbər lenti