Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı

Avropa İttifaqı Suriyaya qarşı sanksiyaları uzatdı
  28 May 2018    Oxunub:1391
Avropa İttifaqı Suriya hökumətinə qarşı sanksiyaların müddətini 2019-cu ilin 1 iyun tarixindək uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib. Qeyd olunub ki, hazırda Suriyaya qarşı sanksiyalar siyahısında 259 fiziki şəxs və 67 təşkilat var.

Suriyaya qarşı qüvvədə olan sanksiyalara neft embarqosu, müxtəlif sahələrə investisiya qoyuluşuna məhdudiyyətlər, Suriya Mərkəzi Bankının Avropa İttifaqındakı aktivlərinin dondurulması, daxili repressiyalarda istifadə edilə biləcək texnika və avadanlıqların ixracına məhdudiyyətlər və s. daxildir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropaİttifaqı   Suriya   sanksiya  





Xəbər lenti