Putinin polşalı həmkarı: “Əsas təhlükə Rusiyadır”

Putinin polşalı həmkarı: “Əsas təhlükə Rusiyadır”
  28 May 2018    Oxunub:1908
NATO üçün başlıca təhlükə Rusiyadır.
AzVision.az xəbər verir ki, bu sözləri Polşa prezidenti Anjey Duda Varşavada keçirilən NATO Parlament Assambleyasındakı çıxışında deyib.

“Beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan oyunçular tərəfindən təhlükəsizlik sistemimizin sınaqdan keçirildiyi bir vaxtda biz, transatlantik birliyimizin əhəmiyyətini daha çox xatırlamalıyıq. Sülh və təhlükəsizliyə təhdid olan ən birinci oyunçu isə Rusiyadır” – deyə Duda vurğulayıb.

Polşa prezidentinin sözlərinə görə, Rusiya beynəlxalq qaydaların əsaslarını şübhə altında qoyur. Bu səbəbdən də, Avropanın təhlükəsizliyini təmin etmək üçün transatlantik əlaqələr möhkəmləndirilməli, NATO-ya üzv ölkələr müdafiə büdcələrini artırmalıdır.

Qeyd edək ki, ötən həftə ABŞ Konqressində 2019-cu il üçün Pentaqonun büdcə qanun layihəsinə edilən dəyişikliklə Mərkəzi Kəşfiyya İdarəsinin direktoruna tapşırıq verilib ki, həmin qanun qüvvəyə mindiyi vaxtdan 90 gün ərzində Rusiyanın NATO-ya üzv ölkələrə qarşı hərbi-siyasi niyyətlərini qiymətləndirsin və bununla bağlı hesabat təqdim etsin.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Rusiya   Polşa  





Xəbər lenti