Gürcüstan NATO-ya daxil olur
AzVision.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq Varşavada keçirilən NATO Parlament Assambleyasının ssesiya iclasındakı çıxışında bəyan edib.
Sessiya çərçivəsində polşalı rəsmilər də Ukrayna və Gürcüstanın NATO-ya üzv qəbul edilməsinə çağırış ediblər.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın baş naziri Georqi Kvirikaşvili ölkəsinin 2021-ci ildə NATO-nun tamhüquqlu üzvü olacağına ümid etdiyini bildirib.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: NATO Gürcüstan Ukrayna