Fransanın XİN rəhbəri İrəvanda Qarabağdan danışdı

Fransanın XİN rəhbəri İrəvanda Qarabağdan danışdı
  28 May 2018    Oxunub:1912
"Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək olan istənilən qərarı dəstəkləməyə hazırdır"

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Iv Lö Drian İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, status-kvo qəbuledilməzdir: “Münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur, məsələyə praqmatik və yaradıcı yanaşmaq lazımdır”.

XİN rəhbəri Fransa hökumətinin Qarabağ münaqişəsinin nizamlanması yollarının axtarılmasına dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, bu gün Fransanın XİN rəhbəri Ermənistana səfərə gedib. Nazir səfər çərçivəsində Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikolo Paşinyanla görüşlər keçirəcək.

AzVision.az


Teqlər: Fransa   Qarabağ  



Xəbər lenti