Aydın Abbasov: İlham Əliyevin qələbəsi sosial sifariş idi

Aydın Abbasov: İlham Əliyevin qələbəsi sosial sifariş idi
  11 Oktyabr 2013    Oxunub:1353
“İlham Əliyevin qələbəsi sosial sifariş idi və Azərbaycan xalqı seçkilərə gedərək Prezidentə olan yüksək dəstəyini ifadə etdi”. Azvsison.az xəbər verir ki, bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Abbasov söyləyib.
Onun sözlərinə görə, İlham Əliyev öz əməli fəaliyyəti ilə seçicilərin rəğbətini qazanaraq, növbəti beşilliyə xalqdan mandat aldı: “Azərbaycan seçiciləri yüksək fəallıq nümayiş etdirməklə ölkənin həyatında çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdiklərini sübut etdilər. Tam əminliklə demək olar ki, Azərbaycanda seçkilər Seçki Məcəlləsinin tələblərinə, beynəlxalq seçki qanunvericiliyinə uyğun yüksək səviyyədə keçirildi. Bu seçkilərin nəticəsi Azərbaycan xalqının siyasi iradəsini ifadə edir. Seçkini müşahidə edən beynəlxalq müşahidəçilərin rəyləri də bu faktı təsdiq edir”.

Deputatın sözlərinə görə, əslində İlham Əliyev seçkilərdə qazandığı böyük qələbə kimsədə şübhə doğurmamalıdır: “Cənab Prezident bu qələbəsini hakimiyyətdə olduğu 10 il ərzində reallaşdırdığı uğurlu daxili və xarici siyasətlə təmin edib. Bu qələbənin kökündə son on ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş genişmiqyaslı siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaq”.


Teqlər:  





Xəbər lenti