Cenevrədə sədrlik Suriyaya keçdi, ABŞ etiraz etdi

Cenevrədə sədrlik Suriyaya keçdi, ABŞ etiraz etdi
  29 May 2018    Oxunub:1866
Cenevrədə tərksilah üzrə konfransa bir ay müddətində sədrliyin Suriyaya keçməsinə ABŞ nümayəndəsi Robert Vud sərt reaksiya verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmisi bunu şou adlandırıb.

“Tərksilah üzrə konfransa Suriyanın sədrliyi teatr şousudur. Bu, normal sədrlik deyil. Ən azından ABŞ buna normal baxmayacaq. Bu, həqiqətən də, Tərksilah üzrə Konfrans üçün kədərli gündür. Biz konfransın iclasında iştirak etməyəcəyik”- deyə Vud vurğulayıb.

Bununla belə, ABŞ nümayəndəsi bildirib ki, konfransın işini tam boykot etməyəcəklər. Suriyanın sədrliyi müdətində bir sıra aksiyalar keçirəcəklər ki, bura Tərksilah üzrə Konfransın köməkçi orqanlarının işində iştirakdan imtina da daxildir. Robert Vud Suriyanın sədrliyinə etiraz olaraq, digər ölkələri də onlara qoşulmağa çağırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   ABŞ  





Xəbər lenti