AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, İsrail ordusu Qəzza sektorundan ərazisinin raket və minaatanlardan atəşə tutulmasına güc tətbiq etməklə cavab verəcək. O, bildirib ki, İsrail HƏMAS və "İslami cihad" qruplaşmalarının hücumlarını ciddi şəkildə qəbul edir və ölkəsi ona ziyan vurmağa çalışanlara artıqlaması ilə cavab verəcək.
Qeyd edək ki, gün ərzində Fələstin döyüşçüləri Qəzza zonasından İsrailin bir neçə rayonuna 27 raket atıblar. Raketlərdən biri boş uşaq bağçasının həyətinə düşüb.
İlkin Nəcəfzadə
AzVision.az