Suriya separatçıların “müstəqilliyini” tanıdı

Suriya separatçıların “müstəqilliyini” tanıdı
  29 May 2018    Oxunub:2622
Suriya separatçı Cənubi Osetiyanın və Abxaziyanın müstəqilliyini tanıyıb.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Osetiyadakı qondarma qurumun "Xarici İşlər Nazirliyi"nin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Suriya Ərəb Respublikası və Cənubi Osetiya qarşılıqlı tanıma və səfirlər səviyyəsində ikitərəfli diplomatik əlaqələrin qurulduğunu elan ediblər.

Suriya Cənubi Osetiya ilə yanaşı Abxaziyanın da müstəqilliyini tanıyıb. Bu barədə isə Abxaziyadakı qondarma qurumun prezidenti Raul Xacimba məlumat verib.

Qeyd edək ki, Gürcüstanın tərkibində olan Cənubi Osetiya hələ 1990-cı ildə müstəqilliyini elan edib. Gürcü hökuməti osetinlərin separatçı davranışlarına son qoymağa çalışsa da, görülən tədbirlər nəticə verməyib. 1992-ci ilin gürcü-abxaz müharibəsi nəticəsində isə Abxaziya Gürcüstanın tərkibindən çıxaraq müstəqillik elan edib. Bununla da Gürcüstan hökuməti Abxaziya və Cənubi Osetiya əraziləri üzərində nəzarəti itirib. Müstəqilliklərini elan etmələrinə baxmayaraq, Abxaziya və Cənubi Osetiya beynəlxalq razılaşmalarda Gürcüstanın ərazisi kimi tanınır və heç bir dövlət tərəfindən tanınmır. ABŞ və Avropa komissiyası isə onları Rusiya tərəfindən işğal edilmiş Gürcüstanın əraziləri kimi qiymətləndirirlər.

Lakin Gürcüstanda 2008-ci ilin avqust müharibəsindən sonra Rusiya Federasiyası, Nikaraqua və Venesuela Cənubi Osetiya ilə Abxaziyanın müstəqil dövlət kimi tanıyıblar. daha 2 dövlət - Nauru və Vanuatu da tanıyıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Osetiya   Gürcüstan   Abxaziya  





Xəbər lenti