Əgər İcra Hakimiyyəti razılıq verməsə...

Əgər İcra Hakimiyyəti razılıq verməsə...
  05 Mart 2013    Oxunub:1268
Aksiya ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunub.
Silahlı Qüvvələrdə əsgər ölümlərinə etirazla əlaqədar martın 10-a təyin olunan aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.
Aksiyanın təşkilat komitəsindən verilən məlumata görə, müraciətdə paytaxt rəhbərliyindən Bakıdakı Təbriz kinoteatrının qarşısında və ya Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda saat 15.00-da aksiyanın keçirilməsinə şərait yaradılması istənilib.(apa)
Təşkilat Komitəsinin üzvü isə bildirib ki, paytaxt rəhbərliyi aksiyanın müraciətdə göstərilən yerlərdə keçirilməsinə razılıq verməzsə, təşkilatçılar aksiyanın şəhərin mərkəzində - Fəvvarələr Meydanında keçirməkdə israrlı olacaqlar.
Xatırladaq ki, facebook sosial şəbəkəsində bir qrup gəncin təşkilatçılığı ilə “Əsgər ölümlərinə son” adlı qrup yaradılıb.Martın 10-da böyük bir aksiyanın keçiriləcəyi bildirilir.


Teqlər:  





Xəbər lenti