Ermənistanda nazir müavini istefa verib

Ermənistanda nazir müavini istefa verib
  30 May 2018    Oxunub:1650
Ermənistanın xarici işlər nazirinin müavini Robert Arutunyan vəzifəsindən istefa verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan açıqlamasında bildirib. Onun istefa səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Robert Arutunyan 2016-cı ilin mart ayından XİN rəhbərinin müavini vəzifəsində çalışıb.

AzVision.az


Teqlər: Ermənistan   İstefa   Nazir-müavini  



Xəbər lenti