İsrailin BMT-də HƏMAS-la bağlı tələbi

İsrailin BMT-də HƏMAS-la bağlı tələbi
  30 May 2018    Oxunub:1622
İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon İsrail ərazisinin Qəzza zonasından atəşə tutulmasi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında (TŞ) keçiriləcək fövqəladə iclas ərəfəsində çağırış edərək, HƏMAS-ın terror təşkilatı kimi tanımasını tələb edib.
“HƏMAS-ın İsrail vətəndaşlarına qarşı hücumunun Təhlükəsizlik Şurasında müzakirə edilməsi faktı pozitiv addımdır. Lakin Şura üzvləri ciddi tədbirlər görməli və sözlərlə kifayətlənməməlidir. Mən BMT TŞ-nı rəsmi olaraq HƏMAS-ı terror təşkilatı kimi tanımağa çağırrıam.” – deyə Danon bildirib.

Hazırda HƏMAS İsrail, ABŞ, Kanada, Yaponiya və Avropa İttifaqında terrorçu təşkilalar siyahısına salınıb. HƏMAS hərəkatının fəaliyyətinə İordaniyada da qadağa qoyulub.

Xatırladaq ki, ötən gün Qəzza zonasından İsrail ərazisinə raketlər buraxılması ilə bağlı ABŞ BMT TŞ-nın təcili iclasının çağırılmasını təklif edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: HƏMAS   İsrail   BMT   ABŞ   Qəzza  



Xəbər lenti