Həmkarı Trampa pul verməkdən imtina etdi

Həmkarı Trampa pul verməkdən imtina etdi
  30 May 2018    Oxunub:1273
Meksika prezidenti Enrike Penya Nyeto bəyan edib ki, ölkəsi ABŞ-la sərhəd boyu divarın tikilməsinə pul ödəməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, "Tvitter" hesabında bildirib.

Nyeto bu mesajı ABŞ prezidenti Donald Trampa ünvanlayıb. “Prezident Tramp, yox. Meksika divara görə heç vaxt pul ödəməyəcək. Nə indi, nə də başqa vaxt” – deyə Meksika prezidenti yazıb.

Bu ilin yanvarında isə Tramp bildirmişdi ki, Meksika ABŞ-la sərhəddə divar tikilməsi üçün müəyyən dərəcədə ödəniş edəcək.



Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Meksikada cinayətkarlıq səviyyəsinin yüksək olduğunu, həmçinin qeyri-qanuni miqrantların məhz Meksika vasitəsilə Amerikaya gəldiklərini əsas gətirərək bu ölkə ilə sərhəddə divar çəkilməsinə qərar verib. Tramp, həmçinin divarın tikintisi üçün Meksika hökumətini 5-10 milyard dollar ödəməyə məcbur edəcəyini vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti