Ermənistanda seçkilər gələn ilə qaldı

Ermənistanda seçkilər gələn ilə qaldı
  30 May 2018    Oxunub:2084
Ermənistanda bu il ərzində növbədənkənar seçki keçirmək mümkün olmayacaq.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Respublikaçılar partiyasından bildirilib. Hazırda Paşinyana qarşı müxalifətə keçən Sarkisyan partiyası əmindir ki, yeni hakimiyyət ilin sonunadək seçki keçirə bilməyəcək.

“Payızda iki mühüm tədbir var. Frankofoniya konfransı, Erebuni-İrəvan bayram tədbirləri, qışda isə hökümət büdcəni təqdim etməlidir. Bu baxımdan ilin sonunadək seçki olmayacaq", - deyə bildirilib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Seçki  



Xəbər lenti