Lukaşenkonun köməkçisi rüşvət alarkən tutuldu

Lukaşenkonun köməkçisi rüşvət alarkən tutuldu
  30 May 2018    Oxunub:1766
Belarusun Dövlət Təhlükəsizlik Komitəsi (DTK) 200 min dollar məbləğində rüşvət aldığı üçün Belarus Prezidenti Aleksandr Lukaşenkonun köməkçisi Sergey Rovneykonu saxlayıb.
AzVision.az BELTA-ya istinadla xəbər verir ki, bu barədə DTK-nın mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun sanksiyasından sonra operativ-əməliyyat tədbirləri keçirilib və o, növbəti dəfə rüşvət alan zaman tutulub.

Məlumatda deyilir ki, Sergey Rovneyko öz kurasiyasında olan məsələlərin həlli zaman rüşvət alırmış.Cinayəti sübut olunarsa Sergey Rovneyko 15 il müddətinə azadlıqdan məhrum ediləcək.

AzVision.az


Teqlər: Belarus  



Xəbər lenti