“Əlimizdə ABŞ-a qarşı rıçaqlar var” - Çavuşoğlu
“Biz ABŞ-la əlaqələri yoluna qoymağa çalışırıq. Amma münasibətlərimizin normallaşması üçün ABŞ Menbiç məsələsi, Gülənin təhvil verilməsi və başqa problemlər üzrə addım atmalıdır. Bu barədə söz düşəndə xalqımız deyir ki: “İncirlik, Kürəcik hərbi bazalarını bağlayın.” Lakin bizim əlimizdə başqa rıçaqlar da var. Vaşinqton bizim kimi müttəfiqi itirməməlidir. ABŞ-ın öz səhv addımlarından geri çəkiləcəyini gözləyirik” – deyə Çavuşoğlu bildirib.
O, həmçinin vurğulayıb ki, Türkiyə Menbiç probleminin ABŞ-la razılaşdırlımış yol xəritəsinin köməyilə həll olunacağına ümid edir. Lakin əgər bu ümid özünü doğrultmazsa, müstəqil dövlət olaraq Türkiyə öz gücünü göstərəcək və vacib bildiyi addımları atacaq.
Qeyd edək ki, ABŞ-ın PKK-nın Suriya qolu olan YPG terror təşkilatına silah və maliyyə yardımı etməsi, Türkiyədə dövlət çevrilişi hazırlayan Fətullah Güləni ekstradisiya etməməsi, həmçinin Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri alması kimi səbəblər NATO üzrə müttəfiqlər - Ankara ilə Vaşinqtonun münasibətlərində böhran yaradıb.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Türkiyə ABŞ İncirlikbazası NATO YPG PKK







Vaxtında, Aydın, Lazımlı!


