Laricani yenidən parlament sədri seçildi

Laricani yenidən parlament sədri seçildi
  30 May 2018    Oxunub:1907
Əli Ərdaşir Laricani yenidən İran parlamentinin spikeri vəzifəsinə seçilib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İran Məclisinin bugünkü açıq sessiyasında iştirak edən 279 deputatdan 147-si onun sədrliyinin lehinə səs verib.

Laricani rəqibi Məhəmməd Rza Arifə cüzi fərqlə qalib gəlib. Belə ki, Rza Arif yalnız 123 deputatın səsini toplaya bilib.

Qeyd edək ki, Əli Ərdaşir Laricani 2008-ci ildən bu günədək İran parlamentinin sədridir. O, İranın ali dini lideri Ayətulla Xameneyinin Milli Təhlükəsizlik üzrə İran Ali Şurasındakı nümayəndəsi, həmçinin İranın nüvə proqramı üzrə danışıqlara cavabdeh şəxs olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Parlament  





Xəbər lenti