Öldürüldüyü deyilən rusiyalı jurnalist sağ imiş

Öldürüldüyü deyilən rusiyalı jurnalist sağ imiş
  30 May 2018    Oxunub:1899
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak bildirib ki, mayın 29-da Kiyevdə öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır.
AzVision.az “Ria Novosti” yə istinadən xəbər verir ki, Vasili Qritsakın sözlərinə görə, idarəyə jurnalistin qətlinin hazırlanması barədə əvvəlcədən məlumat daxil olub və bunun qarşısını alınıb.

O, jurnalistin qətlinin planlaşdırılmasında Rusiyanın xüsusi xidmət orqanlarını ittiham edib.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   Jurnalist  



Xəbər lenti