Moskva ABŞ-KXDR danışıqlarına müdaxilə etmir

Moskva ABŞ-KXDR danışıqlarına müdaxilə etmir
  31 May 2018    Oxunub:1267
Rusiya Koreya yarımadasındakı vəziyyətin nizamlanmasına dair konkret razılaşmaları dəstəkləməyə hazırdır, lakin Moskva Şimali Koreya ilə ABŞ arasındakı danışıqlar prosesinə müdaxilə etmək haqqına sahib deyil.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Pxenyanda Şimali Koreyalı həmkarı ilə keçirdiyi görüşün yekununa dair jurnalistlərə verdiyi açıqlamada deyib.

“Mən əminəm ki, Şimali Koreya son illərin tarixini bilir və öz mövqeyini bütün faktorları nəzərə almaqla müəyyənləşdirəcək. Mən ABŞ ilə danışıqlara başlayan Şimali Koreyanın mövqeyinin konkret formulları və fərziyyələri ilə maraqlanmağı doğru hesab etmirəm. Hazırda görüşə hazırlıq üçün ekspertlər səviyyəsində məsləhətləşmələr gedir və biz hansısa şəkildə bu prosesə müdaxilə etmək haqqına sahib deyilik”, – deyə Lavrov vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-ın verdiyi zəmanətlərin kifayət edib-etməməsini Şimali Koreya rəhbərliyi özü müəyyənləşdirəcək.

Lavorv, həmçinin bildirib ki, Pxenyana münasibətdə sanksiyalar aradan qaldırılmasa, Şimali Koreyanın nüvə problemini tam həll etmək mümkün olmayacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   ABŞ   Koreya   sanksiya  





Xəbər lenti