İki müəllim imtahanda rekord qırdı - FOTO

İki müəllim imtahanda rekord qırdı - FOTO
  31 May 2018    Oxunub:9719
Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində iki müəllim rekorda imza ataraq 60 bal toplayıb.
AzVision.az-ın məlumatına görə, maksimum nəticə göstərən müəllimlər Leyla Paşayeva (Kəlbəcər rayon 97 nömrəli tam orta məktəb) və Mədinə Qasımovadır (Qəbələ, Vəndam qəsəbəsi, 1 nömrəli orta məktəb).





Qeyd edək ki, mayın 26-da müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. Bu imtahanda əvvəlki illərdə iştirak etməyənlər və ya az bal toplayanlar iştirak edir. İlk olaraq İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Həmçinin digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərinə planlaşdırılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Müəllim   İmtahan   Məktəb  





Xəbər lenti