NATO-Rusiya Şurasının iclası keçirilir

NATO-Rusiya Şurasının iclası keçirilir
  31 May 2018    Oxunub:1298
Hazırda Belçikanın paytaxtı Brüsseldə NATO-Rusiya Şurasının iclası keçirilir. Bu, ötən ilin oktyabrından bəri Şuranın səfirlər səviyyəsində ilk toplantısıdır.
AzVision.az xarici mediaya xəbər verir ki, görüşdə Rusiya nümayəndə heyətinə Yuri Qorlaç başçılıq edir. O, Rusiyanın alyansdakı daimi nümayəndəsinin müavinidir.

Qeyd edək ki, 2002-ci ildə soyuq müharibədən sonra NATO və Rusiya arasındakı hərbi-siyasi münasibətləri və beynəlxalq terrorizmə qarşı birgə mübarizəni koordinasiya etmək üçün yaradılan NATO-Rusiya Şurasının fəaliyyəti 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra dayandırılıb.

İraq və Suriyadakı münaqişələr fonunda ikitərəfli hərbi təmaslar ilk dəfə 2017-ci ilin fevralından Bakı şəhərində bərpa edilsə də, NATO-Rusiya Şurası hələ ki, tam fəaliyyət göstərmir. Bu yaxınlarda Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bəyan edib ki, Rusiyanın və Avropa ölkələrinin təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsi naminə NATO-Rusiya Şurasının fəaliyyəti yaxın gələcəkdə tam bərpa oluna bilər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Rusiya   Bakı  





Xəbər lenti